AZ

Diaspor fəalları Milli Məclisdə

Ajans.az xəbər verir ki, komitə sədri qonaqları salamlayaraq Azərbaycan diaspor təşkilatlarının Avropa məkanında gördüyü işlərin önəmindən danışıb. O bildirib ki, Avro-Atlantik müstəvidə təşkilatlanma, lobbiçilik fəaliyyəti, qərəzli siyasi təzyiqlərə qarşı koordinasiyalı mübarizə və beynəlxalq institutlarla təmaslar təqdirəlayiqir. Görüş zamanı EAPCA-nın Avropa Parlamenti, NATO, UNESCO, ATƏT və digər beynəlxalq qurumlarla apardığı iş, dövlətimizə qarşı yönəlmiş qərəzli təşəbbüslərə verdiyi operativ reaksiyalar, Xocalı Soyqırımı ilə bağlı anım tədbirləri və Avropa ölkələrində keçirilən diaspor görüşləri barədə komitə sədrinə ətraflı məlumat təqdim olunub. Komitə sədri özəlliklə vurğulayıb ki, Azərbaycan diasporu mədəni kimliyin yaşadılması ilə yanaşı, həm də ölkəmizin beynəlxalq informasiya məkanında möhkəm və obyektiv təmsilçiliyi sahıla bilər. Bu baxımdan EAPCA kimi platformaların fəaliyyəti yeni əməkdaşlıq imkanları açır. Qarşıdakı dönəmdə diaspor təşkilatları ilə komitə arasında informasiya mübadiləsi, beynəlxalq təşkilatlarla işdə birgə təşəbbüslər və müxtəlif ölkələrdə keçiriləcək tədbirlərdə haqlı mövqeyimizin daha çevik təqdim olunması barədə ətraflı müzakirələr aparılıb.

Fazil Mustafa sonda yeni kitablarını qonaqlara üçün imzalayıb.

Seçilən
173
3
Ajans.az

4Mənbələr