Rusiyada 2025-ci ildən etibarən kommunal xidmətlərin qiymətləri kəskin şəkildə bahalaşacaq.
Musavat.com xəbər verir ki, hökumət tarifləri iki mərhələdə artırmağı planlaşdırır: 1 yanvarda 1,7%, 1 oktyabrda isə — Dövlət Duması seçkiləri başa çatdıqdan sonra — daha yüksək faizlə artım tətbiq ediləcək.
Regionlarda gözlənilən artım faizi belədir:
-
Stavropol diyarı – 22%
-
Dağıstan – təxminən 20%
-
Moskva – +15%
-
Sankt-Peterburq – +15%
Əvvəllər tariflər ildə yalnız bir dəfə qaldırılırdı. Bu dəfə isə Kreml bahalaşmanı seçkilərdən sonrakı dövrə saxlamaqla narazılığın miqyasını azaltmağa çalışır.
Bundan əlavə, 2026-cı il yanvarın 1-dən ƏDV-nin 22%-ə qaldırılması nəzərdə tutulur. 2025-ci ilin büdcəsinin böyük kəsirlə tərtib olunması, müharibənin yaratdığı iqtisadi gərginlik hökuməti yeni rüsum və vergilər tətbiq etməyə məcbur edib. Onlardan biri də idxal avadanlıqları üçün nəzərdə tutulan “texnoloji rüsum”dur.
Şərhçilər bildirir ki, Rusiyada cəmiyyətin hakimiyyətə qarşı yüksək dözümlülüyü səbəbindən bahalaşma ilə bağlı ciddi etirazların baş verəcəyi gözlənilmir. Əhalinin əksəriyyəti yenidən “kəmər sıxmaq” məcburiyyəti ilə üzləşəcək.
Kremlə yaxın media isə bahalaşma fonunu gizlətmək üçün ənənəvi təbliğata əl atır: guya NATO ölkələrində vəziyyət daha acınacaqlıdır, “axırıncı siçanlar yeyilir”. Reallıq isə budur ki, Rusiyada kommunal tariflər Avropa səviyyəsinə yaxınlaşır — amma Avropa səviyyəsində maaşlar olmadan.