AZ

Buraxılış imtahanlarına tarix fənni də əlavə olunacaq? -Rəsmi CAVAB

Son günlər sosial şəbəkələrdə buraxılış imtahanları ilə bağlı yeni iddialar müzakirələrə səbəb olub. İddialara görə, növbəti illərdə keçiriləcək buraxılış imtahanlarına əlavə fənn kimi Azərbaycan tarixi də daxil ediləcək.

Mövzu qısa zamanda abituriyentlər, valideynlər və təhsil ekspertləri arasında narahatlıq yaradıb, imtahan modelində ciddi dəyişikliklər olacağı ilə bağlı suallar gündəmə gəlib.

Maraqlıdır, bu məlumatlar nə dərəcədə həqiqəti əks etdirir?

Redaktor.az sfera.az-a istinadən xəbər verir ki, məsələyə Dövlət İmtahan Mərkəzi münasibət bildirib.

Qurumdan verilən məlumata görə, sosial şəbəkələrdə iddia olunanlar yanlış məlumatdır.

Seçilən
17
1
redaktor.az

2Mənbələr