AZ

“Liverpul”un hücumçusu İtaliya yolunda

“Liverpul”un hücumçusu Federiko Kyeza qış transfer pəncərəsinin ən çox tələb olunan futbolçularından biridir.

İdmanxeber.az-ın məlumatına görə, bir neçə İtaliya nəhəngi – “İnter”, “Napoli”, “Roma” və “Milan” 26 yaşlı oyunçu üçün rəsmi təklif verməyə hazırlaşır.

Kyeza bu mövsüm Premyer Liqada sürəti və fərdi ustalığı ilə “Liverpul”a ciddi töhfə verib və buna görə top-klubların diqqətini cəlb edib.

Seçilən
27
1
idmanxeber.az

2Mənbələr