AZ

Adolf Hitler hakimiyyətə gəldi, ilk işi soyadını dəyişdi

Namibiya siyasətçisi Adolf Hitler Uunona Ompuja bölgəsində daha bir regional seçkidə qalib gəlib. 

"Unikal" "Bild" qəzetinə istinadən xəbər verir ki, bundan sonra o, pasportundan “Hitler” soyadını çıxardıb. Bildirilir ki, Adolf son günlərdə adı və soyadına görə gündəm olub, dünya ictimaiyyətinin diqqətini çəkib. 

Siyasətçi Adolf Uunona kimi tanınmağa üstünlük verdiyini və nasist ideologiyası ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.

"Mənim adım Adolf Hitler deyil. Adım Adolf Uunonadır. İnsanların məni Adolf Hitler adlandırıb, heç tanımadığım biri ilə əlaqələndirirlər", - o deyib.

2020-ci ildə "Bild"ə verdiyi müsahibədə Hitler atasının ona ad verərkən alman diktatorunun nəyi müdafiə etdiyini başa düşmədiyini açıqlayıb. Namibiya siyasətçisinin sözlərinə görə, onun nasist cinayətləri ilə heç bir əlaqəsi yoxdur və ictimai tədbirlərdə yalnız Adolf adından istifadə edir.

Namibiya Cənubi Afrikada keçmiş Almaniya koloniyasıdır. Ölkə 1990-cı ilin martında müstəqilliyini elan edib. Bəzi yerli sakinlərin hələ də alman adları var.

Xatırladaq ki, Adolf Hitler Uunonanın siyasi karyerası 2004-cü ildə başlayıb və o vaxtdan uğurla davam edir. O, sonuncu dəfə 2020-ci ildə yenidən seçilib.

Gülayə Mecid 

Seçilən
54
50
unikal.az

10Mənbələr