AZ

Honq Konqda yaşayış kompleksində yanğında ölənlərin sayı 65-ə çatıb - Yenilənib 

Honq Konqda baş verən yanğın nəticəsində ölənlərin sayı artıb...

APA BBC-yə istinadən xəbər verir ki, yanğında ölənlərin sayı 65-ə çatıb.

***

Honq Konq polisi Tay Po rayonunda yaşayış kompleksində çox sayda insanın öldüyü yanğınla bağlı üç nəfəri saxlayıb.

APA xəbər verir ki, bu barədə HK01 nəşri məlumat yayıb.

Saxlanılanlar binalarda təmir işləri aparan tikinti şirkətinin iki direktoru və bir məsləhətçi-mühəndisdir.

Yanğında ölənlərin sayı 55-ə çatıb, daha 100 nəfər yaralanıb, 279 nəfər itkin düşüb.

***

Honq Konqda baş verən yanğın nəticəsində ölənlərin sayı 44-ə çatıb.

APA xəbər verir ki, “South China Morning Post” qəzetinin məlumatına görə, hadisə nəticəsində 279 nəfər itkin düşüb.

Qeyd edək ki, hadisə çərşənbə günü baş verib. Yanğın Vanq Fuk Kort yaşayış kompleksinin bütün səkkiz binasını əhatə edib.

Poliqon.info

Seçilən
15
13
poliqon.info

10Mənbələr