AZ

Vilayət Eyvazov Bakıda sıra baxışı keçirdi - FOTO/VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu gün respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək istəyənlərin növbəti sıra baxışını keçirib.
 
HİT.az xəbər verir ki, Bakıda keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 166 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 9 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
 
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
 


Seçilən
15
25
hit.az

10Mənbələr