AZ

Məktəblərdə “Qərbi Azərbaycana qayıdış” mövzusunda görüşlər keçirilib

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri 32 və 138 nömrəli tam orta məktəblərdə “Qərbi Azərbaycana qayıdış” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub.
 
AzEdu.az xəbər verir ki, görüşlərdə Elm və Təhsil Nazirliyinin, Qərbi Azərbaycan İcmasının, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak ediblər.
 
Çıxış edənlər Qərbi Azərbaycan torpaqlarının qədim tarixindən, bölgənin Azərbaycan xalqının mədəni irsində xüsusi yer tutduğundan danışıb, ümumi təhsil müəssisələrində bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıblar. Gənc nəslin tarixi həqiqətləri bilməsinin, milli kimlik və dövlətçilik düşüncəsi ilə formalaşmasının vacibliyi vurğulanıb, ölkənin strateji hədəflərinə çatmaq üçün savadlı və vətənə bağlı gənclərin yetişdirilməsinin əhəmiyyəti qeyd edilib. Şagirdlərə biliklərini artırmaq, tarixi irsə sahib çıxmaq və müasir dünyagörüşlü vətəndaş kimi formalaşmaqla bağlı tövsiyələr verilib.
 
Görüşlər zamanı Qərbi Azərbaycan İcmasının nümayəndəsi tərəfindən Qərbi Azərbaycanın tarixi və mədəni irsini əks etdirən təqdimat nümayiş olunub.
 
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd Qərbi Azərbaycana qayıdış ideyasının uşaq və gənclər arasında təbliği, şagirdlərin mövzu üzrə biliklərinin artırılması və ideoloji düşüncənin düzgün formalaşdırılmasına dəstək göstərməkdən ibarət olub.

Seçilən
1
1
azedu.az

2Mənbələr