AZ

Ağ Evi qorxuya salan hadisə: Tramp qəzəbləndi, ölkəni hədəf aldı

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ötən gecə Ağ Ev yaxınlığında baş verən silahlı qarşıdurma beynəlxalq ictimaiyyətdə narahatlıq doğurub. Hadisə nəticəsində ABŞ Milli Qvardiyasının iki hərbçisi həlak olub və bir şübhəli şəxs xəsarət alıb.

Atəş açanların Əfqanıstan əsilli şəxslər olduğunu bildirilir. ABŞ Prezidenti Donald Tramp məsələ ilə bağlı açıqlamasında Əfqanıstanı “yer üzündəki cəhənnəm dəliyi” adlandırıb və hadisənin bütün insanlığa qarşı törədilmiş cinayət olduğunu söyləyib.

Globalinfo.az-a danışan siyasi şərhçi Elnur Ənvəroğlu deyib ki, bir çox analitiklər əslində bu insidenti Trampın Ukrayna məsələsində açıqladığı yeni “sülh və ya kapitulyasiya” təşəbbüsü ilə əlaqələndirirlər:

“Hadisə Trampın irəli sürdüyü sülh planına görə beynəlxalq müzakirələrin kəskinləşdiyi bir dövrə təsadüf edir. Sözügedən plan ABŞ daxilində və beynəlxalq səviyyədə geniş tənqidə məruz qalıb.

Lakin düşünürəm ki, məsələni dar çərçivəyə salaraq Ukrayna problemi ilə məhdudlaşdırmaq bir qədər yanlış olardı. Bu, mümkün variant kimi görünsə də, təsdiqini tapması üçün tutarlı dəlillər mövcud deyil.

Elnur Ənvəroğlu

Subyektiv fikrimi əsaslandırmaq üçün ABŞ-da Trampın prezident seçilməsindən öncəki prosesləri xatırlatmaq istərdim. Həmin dövrlərdə ABŞ-ın Ukraynaya maddi və hərbi dəstəkləri nəinki Respublikaçılar, hətta digər partiya tərəfdarları tərəfindən də ümumxalq etirazlarına səbəb olurdu. Tramp məhz bu prinsip, yəni “MAGA” (Make America Great Again) şüarı ilə milyonların rəğbətini qazanmışdı.

Necə olur ki, Ukraynaya başlanğıcdan hərbi və maliyyə dəstəyinə limit qoyan Ağ Ev təxribata məruz qalmadı, amma indi belə hadisələr ortaya çıxdı? Ümumiyyətlə, Donald Tramp həmişə müəyyən ixtilaflı qruplaşmaların hücumlarına məruz qalıb. Məsələn, seçkiqabağı kampaniyalardan birində Trampa qarşı sui-qəsd də buna nümunədir. Mən hadisəni qısaca Ukrayna ilə əlaqələndirməzdim. Əksinə, bu, daxili ziddiyyətlərdən irəli gələn antipatiya və ya nifrətin əlamətləri ola bilər”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
globalinfo.az

1Mənbələr