"Qarabağ"ın 28 yaşlı futbolçusu Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasında ən çox blok edən oyunçulardandır.
"Yeni Sabah" xəbər verir ki, müdafiəçi turnirin ilk beş turu ərzində səkkiz dəfə rəqiblərin zərbəsini bloklayıb.
O bu göstəricidə yalnız "Pafos" klubunun ulduz futbolçusu David Luisdən geri qalır. Braziliyalı müdafiəçi 12 dəfə rəqiblərinin zərbəsinin qarşısını alıb./Oxu.az
Telegram kanalımız