AZ

Zakir Həsənov İsrail nümayəndə heyəti ilə hərbi-texniki əməkdaşlığı müzakirə edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İsrail Dövlətinin Müdafiə Nazirliyinin Müdafiə Tədqiqat və İnkişaf İdarəsinin rəisi e.o. briqada generalı Daniel Qoldun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Müdafiə naziri Azərbaycanla İsrail arasında xüsusilə hərbi-texniki sahədə əməkdaşlığın cari vəziyyətindən razılığını bildirib.

Görüşdə hər iki ölkə arasında hərbi əlaqələrin inkişafında qarşılıqlı səfərlərin vacibliyi qeyd olunub, həmçinin maraq doğuran bir sıra digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Seçilən
23
31
day.az

10Mənbələr