AZ

Putindən ilginc Ermənistan açıqlaması

KTMT ölkələri Ermənistanın təşkilatda iştirakla bağlı mövqeyinə hörmətlə yanaşır, çünki bu, onun seçimidir.

Musavat.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Ermənistanın mövqeyi məlumdur. Odur ki, erməni həmkarlarımızın bizə dediyi kimi, “biz KTMT-nin qəbul etdiyi bütün qərarları dəstəkləyirik, özümüzü KTMT-nin üzvü hesab edirik, lakin indiki mərhələdə biz bu təşkilatın iclaslarında iştirakdan çəkinirik", - Putin cümə axşamı Qırğızıstana səfərindən sonra “İnterfaks”ın sualını cavablandırarkən deyib.

Rusiya prezidenti daga sonra əlavə edib: “Yaxşı, bu, onların seçimidir. Əgər onlar hələlik belə işləməyin mümkün olduğunu düşünürlərsə, yaxşı, razıyıq".

O, KTMT-nin digər üzvlərinin də Ermənistan tərəfi ilə əlaqə saxladığını bildirib.

“Biz, indi KTMT çərçivəsində işlərə rəhbərlik edən dövlət olaraq, əlbəttə, bu təşkilatın üzvləri kimi onlarla daimi təmasda olacağıq və təbii ki, hər bir prioritet üzrə hazırlayacağımız qərarları onlarla işləyəcək və razılaşdıracağıq”, - deyə Putin bildirib.

Musavat.com

Seçilən
16
6
musavat.com

7Mənbələr