AZ

Bu ölkədə dövlət müəssisələri, bank və mağazalar fəaliyyətini dayandırdı

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Qvineya-Bisaunun paytaxtı tam şəkildə hərbi qüvvələrin nəzarəti altındadır. Dövlət müəssisələrinin, bankların, bazarların və mağazaların fəaliyyəti dayandırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkədəki Rusiya səfirliyi məlumat yayıb.

“Sentyabrın 27-nə olan məlumata görə, paytaxt tamamilə hərbçilərin nəzarətindədir. Şəhərin mərkəzində bəzi əsas magistrallar tam bağlanıb, güc strukturlarının bölmələri yerləşdirilib. Şəhərdən çıxış yollarında və hava limanına gedən hissələrdə postlar qurulub. Bütün kəsişmələrdə çoxlu hərbi patrullar var, polis postlarına isə daha az rast gəlinir. Küçələr boşdur. Dövlət qurumları, banklar, bazarlar və mağazalar fəaliyyət göstərmir”, – səfirlikdən bildirilib.

Səfirliyin məlumatına görə, diplomatik nömrələr daşıyan avtomobillər daxil olmaqla bütün nəqliyyat vasitələri diqqətlə yoxlanılır.

“Hərbçilər nəzakətlə, lakin israrla arxa oturacaqların yoxlanılması üçün şüşələrin endirilməsini tələb edirlər. Həmçinin şəhər küçələrində nömrəsiz, şüşələri tündləşdirilmiş maşınlar peyda olub. Ölkədə fəaliyyət göstərən iki internet operatorundan yalnız biri işləyir. Lakin hərbi rəhbərlik bu rabitə kanalını da bağlamaqla hədələyir. Bundan başqa, TikTok və Facebook artıq bloklanıb. Rusiya diplomatik nümayəndəliyinin fəaliyyətinə, səfirlik əməkdaşlarının və ölkədə yaşayan Rusiya vətəndaşlarının təhlükəsizliyinə hər hansı təhlükə yoxdur” – məlumatda vurğulanıb.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
globalinfo.az

1Mənbələr