AZ

Dövlət tərəfindən bu şəxslərə yeni güzəşt – Yalnız yarısını ödəyəcəklər

Azərbaycanda meyvə bağlarını təbiətin sərt sürprizlərindən qorumaq üçün yeni mövsümə start verilib.

Fermerlər bağlarını dolu, qasırğa, sel, leysan, şaxta, normadan artıq qar və vəhşi heyvan hücumları kimi risklərdən sığorta etdirə bilirlər.

Bununla yanaşı, bitki xəstəlikləri, zərərverici və təhlükəli ziyanvericilərin yayılması, eləcə də zəlzələ və torpaq sürüşməsi kimi təbii fəlakətlər də sığorta təminatına daxildir.

Aqrar Sığorta Fondunun təqdim etdiyi 50%-lik sığorta güzəşti fermerlər üçün prosesi daha da əlçatan edir – onlar yalnız sığorta haqqının yarısını ödəyir, digər yarısını isə dövlət qarşılayır.

Bu imkandan yararlanan təsərrüfat sahibləri ilin istənilən vaxtında baş verə biləcək risklərə qarşı öz bağlarını etibarlı şəkildə qorumuş olacaqlar.

Maraqlıdır ki, ölkədə ən çox hansı kənd təsərrüfatı sahələri sığortalanır və ən az maraq göstərilən sahələr hansılardır?

Aqrar Sığorta Fondunun İdarə heyəti sədrinin müşaviri Rəvan Səmədli bildirib ki, ölkədə ən çox sığortalanan kənd təsərrüfatı taxılçılıq sahəsidir:

“Taxılla yanaşı qarğıdalı və meyvə bağları da daha çox sığortalanır. Ən az maraq göstərilən sahələrdən şəkər çuğunduru və kartofu misal gətirə bilərik. Amma 41 növ bitki növləri üzrə artıq sığortalanıb.

Ümumilikdə Aqrar Sığorta Fondu tərəfindən meyvə bağlarına 2,5 milyon manat sığorta ödənişi həyata keçirilib”.

MənbəBAKU.WS
Seçilən
0
2
banker.az

3Mənbələr