Alyaskada 6.0 bal gücündə zəlzələ baş verib.
Qaziler.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin (USGS) məlumat yayıb.
Agentlik təkanların UTC vaxtı ilə saat 17:11-də (Bakı vaxtı ilə saat 21:11) Susitnadan 12 kilometr şimal-qərbdə qeydə alındığını dəqiqləşdirib.
Zəlzələnin ocağı 69.4 kilometr dərinlikdə baş verib.
Sunami təhlükəsi yoxdur. Xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.
QAZİLER.AZ