Bakının iki rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Bu barədə Day.Az-a SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması məqsədilə 28 noyabr saat 10:00-dan etibarən Suraxanı və Yasamal rayonlarında bir sıra ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.