“Mançester Yunayted”in keçmiş futbolçusu Luis Saha “Barselona”nın vingeri Lamin Yamalı barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, o, diqqəti yayındıran amillər və futbola qarşı obsesiyanın olmamasının Yamalın Leo Messi səviyyəsinə çatmasına imkan verməyəcəyini bildirib:
“Yamal Messi səviyyəsinə çata bilərmi və onu üstələyə bilərmi? Bu, onun üçün yaxşı olardı, amma mən belə düşünmürəm. Yamalda keyfiyyət var, amma mən onun futbola qarşı o qədər obsesiyası olduğunu görmürəm ki, hansısa Kriştiano Ronalduda var idi. Bu uşaqlar sözün həqiqi mənasında obsesiyaya sahibdirlər. Artıq Yamalın ətrafında çoxlu yayındırıcı faktorlar var. Mən qorxuram ki, o, diqqətini itirəcək, elə Neymar kimi. Mənim fikrimcə, Neymar Yamaldan daha istedadlı idi”.