AZ

Batareya ömrünü ən azı 5 il azalda bilər – Diqqət

Mütəxəssislər xəbərdarlıq edirlər ki, smartfonları gecə saat 12:00-05:00 aralığında doldurmaq batareyada ciddi kimyəvi stress yaradır və onun ömrünü ən azı 5 il azalda bilər.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, gecə telefonu uzun müddət 100% şarjda saxlamaq həm tutum itkisinə, həm də təhlükəsizlik risklərinə səbəb olur.

Ən riskli şarj vaxtları: 00:00 – 05:00
Bu saatlarda telefonun 100%-də uzun müddət qalması litium-ion batareyalarda:

  • kimyəvi aşınmanı artırır,
  • tutumun sürətlə azalmasına səbəb olur,
  • həddindən artıq qızma riskini yüksəldir.

Mütəxəssislər gecə şarjını “batareyanın səssiz düşməni” adlandırırlar.

Niyə gecə şarj etmək bu qədər zərərlidir?

  • Batareya uzun müddət maksimum gərginlikdə qalır
  • Cihaz və batareya həddindən artıq qızır
  • Dövr sayının ömrü azalır
  • Telefona ümumi ziyan vuraraq onun ömrünü ciddi şəkildə qısaldır
  • Yuxu zamanı qızma yanğın riskini belə artırır

Tövsiyə olunan ən sağlam şarj vaxtları

08:00 – 12:00

17:00 – 21:00

Bu saatlarda batareyanın kimyəvi balansı daha stabil olur və istifadəçi şarj prosesinə nəzarət edə bilir.

Seçilən
1
2
konkret.az

3Mənbələr