AZ

Aǧcabədidə 2 kiloqramdan artıq narkotik vasitə aşkarlandı

Aǧcabədidə 2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə Regional Qrupundan məlumat verilib.

Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi tədbir nəticəsində əvvəllər məhkum olunan Allahşükür Məmmədov saxlanılıb. Onun yaşadıǧı ünvandan satış məqsədi ilə saxladığı 2 kiloqram 100 qram marixuana və 360 qram psixotrop maddə metamfetamin aşkarlanıb. A.Məmmədovun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən olunub.

Seçilən
10
14
publika.az

10Mənbələr