Pirşağı qəsəbəsində itkin düşən Mədinə Zaur qızı Ağaəliyeva tapılıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, itkin düşmə kimi axtarışı elan edilmiş 12 yaşlı yeniyetmə polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
***09:44
Bakıda yeniyetmə qız itkin düşüb.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu Pirşağı qəsəbəsində yaşayan 12 yaşlı M. Ağaəliyeva evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsində araşdırma aparılır.
İtkin düşən qızın orta məktəbin 6-cı sinfində təhsil aldığı bildirilir.