AZ

Bakıya pasiyent axını azalacaq: TƏBİB “Mentor Klinika” layihəsini təqdim etdi

TƏBİB-in “2025–2027-ci illər üzrə Strateji Planı” çərçivəsində regionlarda tibbi xidmətlərin əlçatanlığını artırmaq üçün “Mentor Klinika” layihəsinə start verilib.

E-saglam.az xəbər verir ki, bunu mediatur çərçivəsində TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bu gün Şəmkir Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan media-tur zamanı bildirib. Onun sözlərinə görə, layihənin məqsədi paytaxt və böyük şəhərlərdəki tibbi potensialı regional xəstəxanalara yönləndirməklə xidmətlərin keyfiyyətini yüksəltmək, eləcə də Bakı şəhərinə olan pasiyent axınını azaltmaqdır: "Bu çərçivədə mentor klinika statusu alan tibb müəssisələri region xəstəxanalarına həkim dəstəyi, tibb bacılarının təlimi, xidmət çeşidinin artırılması və idarəetmə üzrə məsləhətçi funksiyalarını yerinə yetirəcəklər.

Hazırda göstərilən tibbi xidmətlərin 55%-i Bakı, Sumqayıt və Abşeron üzrə, 45%-i isə regionlar üzrə həyata keçirilir. Layihənin pilot mərhələsinin 1 il ərzində icra olunması nəzərdə tutulur və biz hesab edirik ki, bu təşəbbüs regionlarda səhiyyə xidmətlərinin balanslı inkişafına mühüm töhfə verəcək”.

E-saglam.az 

Seçilən
11
5
e-saglam.az

5Mənbələr