AZ

İdmançılarımız Avropa yarımfinalında

ain.az, Xalq qazeti saytına istinadən bildirir.

Macarıstanın paytaxtı Budapeştdə boks üzrə U-23 Avropa çempionatında 1/4 final mərhələsinə yekun vu­rulub. Döyüşlərin yekununa əsasən Azərbaycan millisi­nin daha 2 idmançısı yarımfinala yüksəlib. 

Sübhan Mamedov (50 kq) Salvator Attrattivonu (İtaliya) hər 3 raundda məğ­lub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, ya­rımfinalda Luis Runi (İrlan­diya) ilə üz-üzə gələcək.

Səbuhi Əlizadə (+90 kq) də 1/4 final döyüşünü qələ­bə ilə başa vurub. Gəncə boks məktəbinin yetirməsi İliya Zinkovskiyə (Ukray­na) ikinci raundda tam üs­tünlüklə qalib gəlib. Boks­çumuz finala gedən yolda Marko Perkoviçi (Xorvatiya) sınağa çəkəcək.

Beləliklə, Avropa çempionatında yarımfinala yüksələn id­mançılarımızın sayı 3-ə çatıb. Daha öncə Tağı Nəsibov (60 kq) da bu uğura imza atmışdı. Qeyd edək ki, yarımfinala vəsiqə qazanan boksçularımız özləri üçün azı bürünc medalı da təmin ediblər. Bu mərhələnin görüşləri sabah olacaq. Yarışlar noyab­rın 29-da başa çatacaq.

Qabil YUSİFOĞLUXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
3
xalqqazeti.az

10Mənbələr