AZ

Milli Məclisin deputatları Rusiyaya səfər edəcək

BAKI, 28 noyabrş.TELEQRAF

Milli Məclisin deputatları, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eyvaz Qurbanov və Razi Nurullayev Rusiya Federasiyasının Moskva və Sankt-Peterburq şəhərlərinə səfər edəcəklər.

Teleqraf xəbər verir ki, səfər çərçivəsində deputatlar dekabrın 2-də Moskva şəhərində keçiriləcək “MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiya və blokların fraksiyalarının qarşılıqlı fəaliyyətinin rolu” adlı və Sankt-Peterburq şəhərində MDB PA-nın təşkilatçılığı ilə keçiriləcək Faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş beynəlxalq konfranslarda iştirak edəcəklər.

Səfər dekabrın 5-də başa çatacaq.

Seçilən
39
6
teleqraf.com

7Mənbələr