AZ

Bakıda 14-cü mərtəbədən yıxılan qadın öldü

Ötən gecə paytaxtın Nərimanov rayonunda faciəvi hadisə qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, saat 23 radələrində 1984-cü il təvəllüdlü Şəki sakini Xəyalə Rzayeva yaşadığı F.Əsədov küçəsindəki 16 mərtəbəli binanın 14-cü mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb.

O, hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır./qafqazinfo

Seçilən
67
22
avtosfer.az

10Mənbələr