AZ

Polisin Qaradağ rayonunda saxladığı kuryerdən 10 kiloqramdan artıq narkotik vasitə aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Son olaraq paytaxtın Qaradağ rayonunda keçirilən əməliyyatla əvvəllər məhkum olunmuş 42 yaşlı Elşən Kərimov saxlanılıb. Onun üzərindən və avtomobilindən ümumilikdə 10 kiloqram 821 qram narkotik vasitə heroin, tiryək, həşiş, marixuana, psixotrop maddə metamfetamin və 100 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar edilərək götürülüb.

 

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və hissələrə ayıraraq satmağı planlaşdırdığını bildirib.

 

E.Kərimov barəsində başlanan cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.

Qeyd edək ki, cari ilin əvvəlindən Qaradağ RPİ-nin əməkdaşları tərəfindən 155 kiloqram müxtəlif növ narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb.

Seçilən
9
21
hurriyyet.az

10Mənbələr