ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Namibiya siyasətçisi Adolf Hitler Uunona Ompundja dairəsində keçirilən regional seçkilərdə qalib gəldikdən sonra adını dəyişdiyini açıqlayıb.Bizim.Media xəbər verir ki, siyasətçi bu barədə "The Namibian"a müsahibəsində deyib.
O, valideynlərinin “tarixi əhəmiyyətini” anlamadan ona bu cür ad qoyduğunu iddia edib və bildirib ki, həmişə nasist ideologiyasından qəti şəkildə uzaq olub.
"Mənim adım Adolf Hitler deyil. Adım Adolf Uunonadır" – deyə siyasətçi vurğulayıb.Qeyd edək ki, Uunona Cənub-Qərbi Afrika Xalq Təşkilatı (SWAPO) partiyasından namizədliyini irəli sürüb və Ompundja seçki dairəsinin məclis üzvlüyünü qazanıb. Onun doğum adı keçmişdə ona mane olmayıb. Belə ki, o, ilk dəfə 2004-cü ildə bu vəzifədə qalib gəlib, 2015 və 2020-ci illərdə yenidən seçilib. İndi o, qeydiyyat sənədlərini dəyişdirmək üçün müraciət edib.Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.