AZ

Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç olub, açarlar təqdim edilib - Yenilənib

Bu gün Qırmızı Bazar qəsəbəsinə köçürülən sakinlərə evlərinin açarları təqdim olunub...

APA-nın yerli müxbiri xəbər verir ki, açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, bu mərhələdə daxil olmaqla qəsəbəyə qayıdan ailələrin sayı 67-yə (254 nəfər) çatıb.

***

Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç olub.

APA xəbər verir ki, bu gün qəsəbəyə 16 ailə - 55 nəfər köçürülüb.

Qəsəbəyə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu mərhələ də daxil olmaqla, Qırmızı Bazar qəsəbəsinə qayıdanların sayı 254 nəfərə (67 ailə) çatıb.

Polioqn.info

Seçilən
66
11
poliqon.info

10Mənbələr