AZ

Beyləqanda sələmçi qadın öldürüldü

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Beyləqanda 67 yaşlı qadın yaşadığı ünvanda boğularaq öldürülüb.

“Qafqazinfo” xəbər verir ki, rayonun Bolsulu kənd sakini 1958-ci il təvəllüdlü Mustafayeva Nazilə Hüseyn qızının meyiti yaşadığı evdə aşkar edilib.

Araşdırmalar zamanı N.Mustafayeva boğularaq öldürüldüyü məlum olub.

Bildirilir ki, Nazilə Mustafayeva Bolsulu kəndində tək yaşayırmış və sələmçi kimi fəaliyyət göstərib.

Onun kim tərəfindən öldürülməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
194
4
qafqazinfo.az

5Mənbələr