AZ

“Döyüş dayanacaq, amma Avropa parçalanacaq”

Böyük Britaniyanın nüfuzlu The Economist jurnalı xəbər verir ki, Ukraynada hərbi əməliyyatların dayanması Avropada real sülh yox, yeni və daha təhlükəli siyasi parçalanma dövrünü başlada bilər.

Musavat.com xəbər verir ki, məqaləyə görə, ABŞ və Rusiyanın son danışıqları çox səs-küy yaradıb, amma nəticə verməyib. Avropa isə proseslərin kənarında qalıb. Döyüşlərin dayanması “rahatlıq” illüziyası yaratsa da, Aİ daxilində illərdir yığılan ziddiyyətləri üzə çıxaracaq.

Şərqi Avropa ölkələri (Polşa, Finlandiya, Baltikyanı dövlətlər) Rusiyanın yenidən güclənəcəyindən qorxaraq Moskvanın tam təcridini tələb edəcəklər.

Qərbi Avropa isə (Almaniya, Fransa və s.) müdafiə xərclərini azaltmaq, iqtisadi əlaqələri – o cümlədən qaz müqavilələrini – bərpa etmək istəyəcək.

The Economist yazır: “Müharibə Avropanı dörd il ərzində birləşdirdi. Amma bu birliyin əsası qorxu idi. Qorxu keçən kimi ittifaqın öz yarıqları açılacaq.”

“Atəşkəs Şərq üçün həm rahatlıq, həm də həyəcan olacaq”

Şərqi Avropanın əsas narahatlığı belə təsvir olunur: “Moskvanın Ukrayna cəbhəsindən azad olunan resursları bir gün onlara qarşı yönəldə biləcəyi” ehtimalı.

Yəni döyüş dayanandan sonra Rusiya hərbi və siyasi gücünü toparlayıb Baltikyanı və ya digər Şərqi Avropa ölkələri üzərində təzyiqi artırmağa cəhd edə bilər.

The Economist-in gəldiyi nəticə kəskindir: Döyüşlərin dayanması Avropa üçün böhranın sonu deyil.

Aİ ölkələrinin daxili maraqları bir-biri ilə toqquşacaq. NATO və ABŞ prosesləri öz maraqlarına uyğun diktə etməyə davam edəcək. Parçalanmış Avropa qarşısında Rusiya uzunmüddətli perspektivdə daha güclü görünəcək.

Məqalə Avropanı belə xəbərdar edir: “Müharibə bitəndə ən böyük təhlükə – böyük ‘deqlobalizasiya’ başlayacaq.”

Seçilən
41
1
musavat.com

10Mənbələr