Rusiya prezidenti Vladimir Putin Hindistanın baş naziri Narendra Modinin dəvəti ilə dekabrın 4-5-də Dehliyə səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Bilirilir ki, bu səfər Rusiya-Hindistan münasibətlərinin bütün geniş gündəliyini - siyasi, ticarət-iqtisadi, elmi, texnoloji, mədəni və humanitar sahələrdə hərtərəfli müzakirə etmək, habelə aktual beynəlxalq və regional problemləri həll etmək imkanı verir. Narendra Modinin rəhbərlik etdiyi Hindistan nümayəndə heyəti ilə danışıqlarda bu məsələlər diqqət mərkəzində olacaq.
Rusiya prezidenti ilə Hindistan prezidenti Droupadi Murmu arasında ayrıca görüş də baş tutacaq.
Danışıqların yekununda birgə bəyanatın qəbul ediləcəyi, bir sıra ikitərəfli idarələrarası və kommersiya sənədlərinin imzalanacağı gözlənilir.