BMT baş katibinin sözçüsü Stefan Düjarrikin sözlərinə görə, BMT-nin baş katibi Antonio Quterreş Qvineya-Bisauda baş vermiş dövlət çevrilişini pisləyib və ölkədə konstitusiya quruluşunun dərhal bərpasına çağırıb.
Busaat.az xəbər verir ki, Quterreş baş verən hadisələrdən dərin narahatdır.
O, hərbi çevrilişi qətiyyətlə pisləyir.
“Baş katib konstitusiya quruluşunun dərhal və qeyd-şərtsiz bərpasına və həbsdə olan bütün məmurların azad edilməsinə çağırır”,-deyə Düjarrik qeyd edib.
Yeganə