AZ

Hikmət Hacıyev NATO-nun Baş Qərargahında olub

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş Qərargahını ziyarət edib.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyi "X" sosial şəbəkə hesabındakı paylaşımında qeyd olunub.

Brüsselə səfəri çərçivəsində NATO Baş Qərargahında Azərbaycan Prezidentinin köməkçisi NATO-nun Şimal Atlantik Şurasının səfirləri, eləcə də Baş katibin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Ruqe Borislə görüşüb.

Görüş zamanı NATO-nun Şimal Atlantik Şurası səfirlərinin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü xatırlanıb.

Tərəflər həmçinin, uğurlu Azərbaycan-NATO tərəfdaşlığı və əməkdaşlıq perspektivləri, Azərbaycanın Alyansa, o cümlədən Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, eləcə də regional təhlükəsizlik və Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı məsələlər daxil olmaqla geniş mövzular ətrafında geniş müzakirələr aparıblar.

Hikmət

Hikmət

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
30
olaylar.az

10Mənbələr