AZ

Məktəblərdəki psixoloqların bilik-bacarıqlarının inkişaf etdirilməsinə ehtiyac var - Nazirlik rəsmisi

"Elm və Təhsil Nazirliyi ümumtəhsil müssisələrində məişət zorakılığınən aşkarlanmasında rol oynayan ən önəmli dövlət qurumlarından biridir".

Ölkə.Az xəbər verir ko, bu sözləri Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaqların müdafiəsi idarəsinin rəis müavini Günel Səfərova "Təhlükəsiz həyatın qurulmasında icma liderlərinin rolu:Suraxanıda yeni sosial yanaşma” adlı konfransda deyib.

"Bu ildən etibarən "Məktəblinin dostu" layihəsi Uşaq Müdafiə İdarəsinin tərkibinə keçirilib. Əhatəni Azərbaycan üzrə genişləndirmişik. Bu xidmətə uşaqlar rahatlıqla müraciət edə bilər. Məktəb daxilində və ailələrdə baş verən zorakılıq faktını bizim əməkdaşlara bildirirlər.
Eyni zamanda artıq bir neçə ildir məktəblərdə dosial pedaqoqlar fəaliyyət göstərir. Onların fəaliyyəti ilə bağlı müzakirə ediləsi məsələlər çoxdur, amma yaxşıdır ki, bu məktəblərdə mexanizm kimi qurulub. Biz ümid edirik ki, orada daha sonra sosial işçilər fəaliyyət göstərəcək. 
Təbii ki, məktəblərdəki psixoloqların da bilik və bacarıqların inkişaf etdirilməsinə ehtiyac var. Eyni zamanda bunu bir xidmət kimi yeniləməyə ehtiyacımız var. 

Məktəblərdə zorakılıqdan müdafiə mexanizmlərinin inkişaf etdirmək lazımdır. İlk növbədə uşaq müəlliminə güvənməlidir ki, zorakılıqla bağlı məqam varsa, ona bildirsin. Çünki təəssüf ki, ailə daxilindəki zorakılığın ən böyük zərərini uşaq çəkir".

Billurə Yunus

Seçilən
102
olke.az

1Mənbələr