AZ

Elm və təhsil naziri: Naxçıvan Müəllimlər İnstitutu fəaliyyətini davam etdirir  

Mövcud qaydalara uyğun olaraq, həm Naxçıvan Dövlət Universiteti, həm də Naxçıvan Müəllimlər İnstitutu ali təhsil müəssisəsi kimi fəaliyyətlərini davam etdirirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyətinin dayandırılması ilə bağlı son zamanlar yayılan xəbərlərə aydınlıq gətirərkən deyib.

Nazir, həmçinin Çin universitetləri ilə Naxçıvan Dövlət Universiteti arasında əlaqələrin yaradılması, çinli tələbələrin Naxçıvanda təhsil alması, elmi-tədqiqat institutları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələrin aparıldığını qeyd edib.

Seçilən
295
1
azerbaijan-news.az

10Mənbələr