Bakı. Trend:
İspaniyanın "Betis" klubu baaş məşqçi Manuel Pelleqrini ilə yoladavam edəcək.
Trend xəbər verir ki, La Liqatəmsilçisi çilili mütəxəssisin müqaviləsinin müddətini uzadıb.
Məlumata görə, 72 yaşlı çalışdırıcı ilə 2027-ci ilin 30 iyuntarixinə kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, Manuel Pelleqrini 2020-ci ilin avqust ayında"Betis"in baş məşqçisi vəzifəsinə təyin olunub.