Bakı. Trend:
Alimlər yaxın günlərdə günəş səthində baş verən partlayışlarınhəm sayının, həm də gücünün kəskin artacağınıproqnozlaşdırırlar.
Trend xəbər verir ki, bubarədə Rusiya Kosmik Tədqiqatlar İnstitutunun Günəş AstronomiyasıLaboratoriyası və Günəş–Yer Fizikası İnstitutu məlumat yayıb.
Verilən məlumata əsasən, Günəşin Yerə yönəlmiş hissəsində birneçə yeni böyük aktiv sahə formalaşıb ki, bu da güclü partlayışehtimalını artırır.
Qeyd olunur ki, son sutkada günəş şüalarının axını təxminən beşdəfə yüksəlib. Bununla yanaşı, kiçik və orta güclü partlayışlarınsayı da artıb ki, bu da Günəşdə partlayış üçün enerjiehtiyatlarının sürətlə toplandığını göstərir.