AZ

Arakçı və Kallas nüvə proqramını müzakirə etdi

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

İranın xarici işlər naziri Abbas Arakçı və Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Tərəflər İranın nüvə proqramını, İranla Avropa Birliyi arasındakı münasibətləri və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

"Onlar İran və Avropa arasında regional və beynəlxalq vəziyyətlə bağlı fikir mübadiləsi üçün təmasların davam etdirilməsinin vacibliyini vurğulayıblar", – deyə İran XİN bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
154
axar.az

1Mənbələr