GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Keçmiş Prezident Co Baydenin imzaladığı sənədlərin təxminən 92 faizi avtomatik imza qurğusu ilə təsdiqlənib və buna görə də onların hüquqi qüvvəsi ləğv olunur.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında bildirib.
Trampın sözlərinə görə, Bayden həmin sənədlərin imzalanmasında şəxsən iştirak etməyib. O iddia edib ki, əgər Bayden prosesdə iştirak etdiyini etiraf etsə, bu, onu yalan şahidlik ittihamı ilə üz-üzə qoya bilər.
“Yuxulu Co Baydenin avtomatik qurğu ilə imzaladığı hər hansı sənəd, bu ümumi sənədin təxminən 92%-ni təşkil edir, onlar da ləğv ediləcək”, – deyə Ağ Ev rəhbəri yazıb.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.