Xalq artistləri Aygün Kazımova və Röya Ayxan illər sonra bir araya gəliblər.
BAKU.WS xəbər verir ki, sənətçi Röya ilə olan fotosunu şəxsi instaqram hesabında paylaşıb.
Rusiyada toy məclislərindən bir araya gələn Xalq artistləri daha sonra Bakıya eyni təyyarədə qayıdıblar.
Onlar Bakıda məkanlardan birində görüşərək, birlikdə vaxt da keçiriblər.