AZ

Sürətli konkisürmə üzrə Olimpiya çempionu vəfat edib

1980-ci il Olimpiya Oyunlarının sürət konkiseri Nataliya Petruseva 71 yaşında vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Konkisürmə İttifaqının mətbuat xidməti məlumat yayıb .

İdmançının ölüm səbəbi açıqlanmayıb. 1980-ci il Lake Placid Olimpiadasında 1000 metr məsafəyə qızıl medal qazanmaqla yanaşı, Petruseva 1980-ci il Oyunlarında 500 metr məsafəyə qaçışda bürünc, 1984-cü ildə Sarayevo Olimpiadasında isə 1000 və 1500 metr məsafəyə iki bürünc medal qazandı.

İdmançı klassik çoxnövçülükdə iki dəfə Dünya və Avropa çempionu olub, bir dəfə isə sprint çoxnövçülüyündə Dünya Çempionu olub.

2024-cü ildə rusiyalı şort-trekçi Anastasiya Sereda 20 yaşında vəfat edib. Ölümün səbəbi açıqlanmayıb. Rusiya Konkisürmə İttifaqı onun ailəsinə başsağlığı verib.

Seçilən
61
21
nocomment.az

10Mənbələr