Noyabrın 30-da bazar günü səhər saat 8-dən 12-dək Rusiyanın üç regionu üzərində Ukraynaya məxsus on pilotsuz uçan aparat vurulub.
NOCOMMENT.az bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi öz Telegram kanalında məlumat yayıb.
Agentliyin məlumatına görə, beş pilotsuz təyyarə Krasnodar vilayəti üzərində, dördü Krım üzərində , biri isə Tatarıstan üzərində məhv edilib .
Daha əvvəl bildirilmişdi ki, Rusiya hava hücumundan müdafiə qüvvələri son 24 saat ərzində 230 pilotsuz uçuş aparatını məhv edib. Rusiya qüvvələri həmçinin ABŞ istehsalı olan HIMARS reaktiv yaylım atəşi sistemindən bir raketi vurub.