AZ

Sumqayıt geridönüş edərək Şamaxı ya qalib gəldi

ain.az bildirir, Unikal.az portalına istinadən.

Misli Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

"Unikal" xəbər verir ki, günün ilk matçında "Şamaxı" "Sumqayıt"ı qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi ilə bitib - 2:1. Meydan sahiblərində 70-ci dəqiqədə Karim Rossi fərqlənib. "Sumqayıt"ın heyətində 88-ci dəqiqədə Aleksa Yankoviç, 90+1-ci dəqiqədə Aleksandr Ramalinqom adını tabloya yazdırıb. Matçın sonlarında hər iki komandanın baş məşqçisi bir-biri ilə mübahisə etdikləri üçün qırmızı vərəqə alaraq meydanda qovulublar.

Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran "gənclik şəhəri" təmsilçisi beşinci pillədə qərarlaşıb. Şamaxı klubu 14 xalla doqquzuncudur.

Günün ikinci görüşündə "Araz-Naxçıvan" "Qəbələ"nin qonağı olacaq.

Qeyd edək ki, XIII turda "Zirə" "Kəpəz"i (2:0), "Sabah" "İmişli"ni (3:0), "Qarabağ" "Karvan-Yevlax"ı (2:0) məğlub edib. "Turan-Tovuz" - "Neftçi" oyununda hesab açılmayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
249
8
unikal.az

10Mənbələr