AZ

Türkiyənin Bayraktar qırıcısı tarixdə ilk dəfə bunu etdi

Türkiyənin “Baykar Makina” müdafiə şirkəti tərəfindən hazırlanan “Bayraktar Kızılelma” səsdən sürətli gizli döyüş təyyarəsi sınaq zamanı tarixdə ilk dəfə olaraq təyyarəni vurub.

NOCOMMENT.az bu barədə RİA Novosti-yə  istinadən xəbər verir.

Sınaqların Sinopdakı poliqonda aparıldığı bildirilir. Reaktiv mühərrikli hədəf təyyarəsi buraxılıb və Kızılelmaya inteqrasiya edilmiş ASELSAN MURAD AESA radarı onu izləyib və hədəfi hava-hava raketi ilə dəqiqliklə vurub.

İstehsalçı qeyd edir ki, “Heç bir pilotsuz platforma hələ ki, hava hədəfini uğurla vura bilməyib”.

Bundan əvvəl Türkiyənin “Baykar Makina” şirkəti Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə (GUR) ölkənin Müstəqillik Günü münasibətilə “Bayraktar TV2” tipli hücum pilotsuz uçuş aparatı hədiyyə edib.

GUR əlavə edib ki, bu, ilk belə hədiyyə deyil.

Seçilən
259
10
nocomment.az

10Mənbələr