Aktyor Ruslan Sabirli Qazaxıstanda qəzaya düşüb.
Bu barədə o, sosial şəbəkədə bildirib.
"Qazaxıstanda gecə maşın sürmək təhlükəlidir. Qarşıdan gələn avtomobil uzaq işıqlarını yandırıb deyə sürücümüz yola qəfil çıxan 2 atı görə bilməyib və vaxtında reaksiya verə bilməyib. Şükür salamatlıqdır", - aktyor sosial şəbəkə hesabında yazıb.
Tarix: 30 Noyabr 2025, 20:11