AZ

Si Tsinpin Çin Kommunist Partiyasının “inqilabi özünü yenilənməsi” barədə məqalə yazıb

ÇKP lideri partiya intizamının sərtləşdirilməsi və ideoloji möhkəmlənməyə çağırır…

Poliqon xəbər verir ki, Çin Xalq Respublikasının sədri və Çin Kommunist Partiyasının baş katibi Si Tsinpin partiyanın yenilənməsi və daxili idarəçiliyin gücləndirilməsi ilə bağlı məqalə hazırlayıb. Məqalə bazar ertəsi ÇKP-nin rəsmi nəzəri jurnalı “Çiuşi”də dərc olunacaq. Bu barədə məlumatı “Sinqxua” Agentliyi yayıb.

Agentliyin yazdığına görə, Si Tsinpin partiyanın “stil quruculuğunu yaxşılaşdırmaqdan başlayaraq” bütün sahələrdə daha sərt nəzarətə ehtiyac olduğunu vurğulayıb. Onun sözlərinə görə, Çin hazırda iqtisadiyyatın modernləşdirilməsi istiqamətində son dərəcə ağır tapşırıqlarla üz-üzədir və idarəetmə mühiti də çətinliklər yaradır. Bu səbəbdən partiyada “inqilabi özünü-yenilənmələrə” fasilə vermək olmaz, çünki bu proses həm təşkilati nüfuzu artırır, həm də yüksək keyfiyyətli inkişaf üçün siyasi təminat yaradır.

Si Tsinpin partiya kadrlarına müraciətində “partiyalılığı möhkəmləndirməyi, ideallar və inamları gücləndirməyi, partiyaya sədaqət və xalqa qarşı məsuliyyət hissini artırmağı, mənəvi keyfiyyətləri yüksəltməyi və təmizlik-sədaqəti qorumağı” tövsiyə edib. O, xatırladıb ki, “bütün hakimiyyət xalqdan gəlir” və partiya funksionerləri bu prinsipi daim yadda saxlamalıdırlar.

Məqalədə həmçinin partiya intizamına nəzarətin gücləndirilməsi, qanun və nizam-intizam pozuntularına qarşı qəti tədbirlərin görülməsi xüsusi vurğulanır. Si Tsinpin korrupsiya ilə mübarizənin və təşkilati nəzarətin sərtləşdirilməsinin ÇKP-nin gələcək sabitliyi və effektivliyi üçün həlledici əhəmiyyət daşıdığını qeyd edir.

Poliqon.info

Seçilən
65
poliqon.info

1Mənbələr