AZ

Fransalı iştirakçı 180 milyon avroluq ümumAvropa cekpotunu udub

EuroMillions tarixinin ən böyük uduşlarından biri sahibini tapıb…

EuroMillions lotereyasının son tirajında Fransadan olan bir iştirakçı beş əsas rəqəmi və iki “xoşbəxt ulduz”u düzgün seçərək təxminən 180 milyon avro məbləğində cekpot qazanıb.

Poliqon xəbər verir ki, bu barədə Express nəşri məlumat yayıb. Uduşun sahibi hələlik ictimaiyyət qarşısına çıxmadığı üçün onun kimliyi açıqlanmır.

EuroMillions lotereyası 2004-cü ilin fevralında ilk tirajdan bəri doqquz iştirakçı ölkədən yüzlərlə oyunçuya böyük uduş gətirib. Lotereyanın tarixində ən böyük uduş, təxminən 250 milyon avro bu il üç dəfə qazanılıb. Həmin qaliblər Fransiyadan, İrlandiyadan və Avstriyadan olub. Bu göstərici EuroMillions-u Avropanın ən iri pul uduşu təqdim edən lotereyalarından birinə çevirir.

Bu dəfə qalibiyyət gətirən rəqəmlər belə olub: 5, 29, 33, 39, 42, “xoşbəxt ulduzlar” isə 3 və 9. Qalib biletin nömrəsi hələ açıqlanmayıb, lakin məlumdur ki, bu məbləğ qalibin həyatını kökündən dəyişəcək.

Mütəxəssislər bildirirlər ki, EuroMillions qalibləri adətən məxfilik hüququndan istifadə edir və yalnız bankla və lotereyanın təşkilatçı qurumları ilə məxfi şəkildə işləyirlər. Fransada isə yüksək məbləğli uduşların alınması proseduru xüsusi təhlükəsizlik tədbirləri ilə müşayiət olunur.

Lotereya nümayəndələri qalibi təbrik edərək bildirib ki, belə iri uduşlar iştirakçıların marağını artırır və lotereyanın populyarlığını möhkəmləndirir. Növbəti tirajda isə cekpot yenidən başlanğıc məbləğə qaytarılacaq.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr