AZ

Qış fırtınası ABŞ-də Mərkəzi regionu iflic edib - FOTOLAR

BAKI, 1 dekabr. TELEQRAF

ABŞ-nin Mərkəzi bölgəsini bürüyən güclü qış fırtınası Şükranlıq bayramından sonrakı iri səyahət axını fonunda aviasiya və yol hərəkətini ciddi şəkildə pozub.

Teleqraf xəbər verir ki, minlərlə aviareys gecikib, yüzlərlə uçuş ləğv olunub, səyyahlar hava limanlarında saatlarla gözləməli olublar.

Qar və güclü külək ABŞ-nin əsas nəqliyyat qovşaqlarından biri olan Çikaqodakı O’Hare Beynəlxalq Aeroportunda* hərəkəti iflic edib. Aeroportun icarə dayanacaqlarında qar altında qalmış yüzlərlə avtomobil görüntülənib.

Meteoroloqlar xəbərdarlıq edib ki, qar yağışı və buzlanma yaxın günlərdə ABŞ-nin Mərkəzi hissəsində daha geniş ərazilərə yayıla bilər.

Seçilən
14
teleqraf.com

1Mənbələr