AZ

İndoneziyada sel fəlakəti 442 nəfərin canını aldı

Yazını böyüt
Yazını kiçilt

İndoneziyanın Sumatra adasında güclü yağışların yaratdığı daşqın və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 442-yə yüksəlib.

Hafta.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, 400-dən çox insan itkin düşüb, 646 nəfər isə yaralanıb. Fəlakət bölgəsində yolların bağlanması və infrastrukturun zədələnməsi səbəbindən humanitar yardım bəzi ərazilərə yalnız helikopterlə çatdırılır. Axtarış-xilasetmə işləri çətin hava və relyef şəraitinə baxmayaraq, davam edir.

Meteorologiya Agentliyi isə qeyri-sabit hava şəraitinin bir neçə gün daha davam edəcəyini açıqlayıb.

Seçilən
112
1
hafta.az

2Mənbələr