AZ

Bakı metrosunda problem yaranıb, gecikmələr olub - AÇIQLAMA

"Nərimanov" elektrik deposunun yol sahələrində yüksək gərginliyin verilməsində yaranan qısamüddətli fasilə səbəbindən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkət intervalında gecikmələr yaşanıb.

Bu barədə Hakimiyyet.az a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Qeyd olunub ki, "Bakmil" stansiyasının fəaliyyəti məhdudlaşıb.

Baş vermiş qısa fasilə səbəbindən qatarlararası intervalda müəyyən gecikmələr müşahidə olunub.

Daha sonra "Nərimanov" elektrik deposu yollarına yüksək gərginlikli enerjinin verilməsi tam bərpa olunub. Hazırda "Bakmil" stansiyası fəaliyyətini tam bərpa edib.

Seçilən
111
19
hakimiyyet.az

10Mənbələr