AZ

Baş nazir əmək pensiyaları ilə bağlı yeni qərar imzaladı

“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na dəyişiklik edilib.

Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərar ilə təsdiq edilmiş Qaydalara bir sıra hüquqi və texniki dəyişikliklər edilib.

Dəyişikliklərə görə, işəgötürənin pensiya hüququ verən iş xarakteri barədə arayış vermədiyi hallarda, həmin məlumatın əldə edilməsi üçün alternativ sənədlərdən istifadə edilə bilər. Belə ki, şəxsin əmək müqaviləsi barədə məlumatlar MEİS-in “Əmək və məşğulluq” altsistemindən çıxarış əsasında təsdiqlənəcək. İşə xitam 2014-cü il iyulun 1-dək verilibsə, əmək kitabçasındakı qeydlər əsas götürüləcək, şübhə yarandıqda isə Dövlət arxivinin arayışı tələb olunacaq.

Qaydanın 5.5-ci bəndi yeni redaksiyada təsdiqlənərək bildirilib ki, avtomatlaşdırılmış təyinat istisna olmaqla əmək pensiyalarının verilməsi yalnız 5 nömrəli Əlavəyə uyğun rəsmi qərarla rəsmiləşdiriləcək.

Seçilən
68
4
publika.az

3Mənbələr